Press "Enter" to skip to content

Stolüstü tennisçilər İslam Həmrəyliyi Oyunlarına hazırlaşır

Stolüstü tennisçilər İslam Həmrəyliyi Oyunlarına hazırlaşır

BAYRAQDAR MEDİA – Azərbaycanın stolüstü tennisçiləri Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində təşkil olunacaq İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd edilir ki, “seçmə komanda sayca 6-cı yarışa 6 idmançı ilə qatılacaq. Mərziyyə Nurmətova, Zemfira Mikayılova, Aylin Əsgərova, Onur Quluzadə, Hilal Həsənov Adil Əhmədzadə məşqçilər Elnur HidayətzadəRamil Cəfərovun rəhbərliyi ilə bacarığını göstərəcək. Komanda bugünlərdə “Şüa İdman Kompleksi”ndə təlim-məşq toplanışındadır. İdmançılar noyabrın 6-da Səudiyyə Ərəbistanına yola düşəcəklər”.

Qeyd edək ki, stolüstü tennis yarışları noyabrın 8-dən 13-dək keçiriləcək.

Mission News Theme by Compete Themes.