BAYRAQDAR MEDİA – Türkiyədə, Iğdırın Tuzluca rayonunda yerləşən Duz Dağı və Duz Terapiya Mərkəzinin 500 metr dərinliyində “Respublika duz voleybolu turniri” keçirilib.
Bu barədə igdirhaber.net saytı məlumat verib.
Məlumata görə, Iğdır Gənclər və İdman İdarəsinin təşkil etdiyi bu tədbirdə Cümhuriyyət coşqusu yerin altında da yaşanıb: “Turnirin açılış oyunu Iğdır valisi Ercan Turan, Tuzluca kaymakamı Abdullatif Yılmaz, Jandarma Alay Komandiri general Zafer Özbe, vilayət polis rəisi Niyazi Turgay və Gənclər və İdman İdarəsinin müdiri Recai Şahinin iştirakı ilə bir setlik nümayiş matçı ilə başlayıb. İki gün davam edən turnirdə ümumilikdə 8 komanda mübarizə aparıb. Gərgin keçən oyunların sonunda Kamışlı kəndi komandası çempion olub.





