Press "Enter" to skip to content

Qəbələdə kütləvi futbol festivalı

Qəbələdə kütləvi futbol festivalı

BAYRAQDAR MEDİA – Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə Gənclər və İdman Nazirliyinin (GİN) birgə tədbirlər planına əsasən 2025-ci ilin idman paytaxtı seçilən Qəbələ şəhərində kütləvi futbol festivalı təşkil olunub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya AFFA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə diqqətə çatdırılır ki, “Qəbələ şəhər stadionunun ehtiyat meydançasında keçirilən tədbirdə 100-ə yaxın uşaq iştirak edib. Festival zamanı uşaqlar müxtəlif futbol oyunlarında iştirak edib, asudə vaxtlarını səmərəli və əyləncəli keçiriblər. İştirak edən hər bir uşağa tədbirin sonunda AFFA tərəfindən toplar hədiyyə olunub. Hədiyyələri uşaqlara Kütləvi Futbol Departamentinin rəhbəri, veteran futbolçu Fərrux İsmayılov, departamentin aparıcı mütəxəssisi Orxan Mikayıllı və Qəbələ şəhəri üzrə təhsil sektorunun aparıcı məsləhətçisi Cavid Məmmədnəbiyev təqdim ediblər”.

Tədbir xatirə fotosessiyası ilə yekunlaşıb.

Mission News Theme by Compete Themes.