Press "Enter" to skip to content

Cüdo məşqçilərinin ümumrespublika seminarı

Cüdo məşqçilərinin ümumrespublika seminarı

BAYRAQDAR MEDİA – Azərbaycan Cüdo Federasiyası (ACF) ölkənin müxtəlif bölgələrindən olan 150 məşqçinin iştirakı ilə ümumrespublika seminarı keçirib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya ACF-dən daxil olub.

Xəbərdə deyilir ki, “görüşdə ACF-in vitse-prezidenti Elnur Məmmədli, icraçı vitse-prezident Rəşad Rəsullu, baş katibin müavini və idman direktoru Kamran Talıbov, eləcə də performans direktoru və kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman iştirak ediblər. Tədbirdə növbəti ilin yarış təqvimi, tədbirlər planı, Liqa yarışları, Azərbaycan birincilikləri, kəmər imtahanlarının təşkili və milli yığma komandaların tərkibinin formalaşdırılması qaydaları müzakirə edilib. Görüş zamanı klubların və məşqçilərin 2026-cı il üçün ACF-də qeydiyyatının vacibliyi vurğulanıb. Həmçinin region klublarına “Judo Manager” profillərinin təhvil verilməsi ilə bağlı fikir mübadiləsi aparılıb”.

Sonra xəbərdə, “bununla yanaşı, məşqçilərin sertifikatlaşdırılması və lisenziyalaşdırılması, idmançıların transferi qaydaları ətraflı izah olunub. Görüşdə nizam-intizam məsələlərinin, məşqlər zamanı sağlamlıq və təhlükəsizlik qaydalarının Federasiya üçün prioritet olduğu bir daha məşqçilərin diqqətinə çatdırılıb. Yekunda region idmançıları üçün Bakıda nəzərdə tutulan təlim-məşq toplanışları və “Məktəblərdə cüdo” layihəsi barədə məlumat verilib” deyə qeyd olunur.

Mission News Theme by Compete Themes.