Press "Enter" to skip to content

MEK-də yeni elektron zalın açılışı olub

MEK-də yeni elektron zalın açılışı olub

BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyi münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində Mərkəzi Elmi Kitabxanada (MEK) sərgi təşkil olunub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-in mətbuat xidmətindən daxil olub

Xəbərdə deyilir ki, “AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, həmçinin xarici elmi qurumların rəhbərləri və nümayəndələri sərgidə Azərbaycan elminin müxtəlif sahələrini əhatə edən fundamental və tətbiqi tədqiqatların nəticələrini özündə əks etdirən kitablar, monoqrafiyalar, elmi jurnallar, eləcə də Akademiya əməkdaşlarının rəsm əsərləri ilə tanış olublar. Ziyarətçilər son illərdə AMEA alimlərinin elmi nailiyyətləri, beynəlxalq əməkdaşlıq layihələri və yeni nəşr layihələri haqqında ətraflı məlumat əldə ediblər. İ.Həbibbəyli sərginin əhəmiyyətini vurğulayıb, elmin cəmiyyətdə təbliği, alimlərin fəaliyyətinin ictimaiyyətə təqdim edilməsi və milli elmi irsin qorunması baxımından bu kimi təşəbbüslərin mühüm önəm daşıdığını bildirib”.

Sonra xəbərdə, “ziyarətçilərə AMEA-nın təsisçilərinin MEK-in foyesində qoyulmuş büstləri qarşısında elm məbədinin qurucuları haqqında məlumat verilib. Qeyd edilib ki, bu büstlər təkcə akademiyanın tarixi və inkişaf yolunu əks etdirmir, həm də Azərbaycan elminin möhkəm ənənələrini və alimlərin cəmiyyət qarşısında göstərdikləri xidmətləri simvolizə edir. Daha sonra MEK-də akademiklər üçün xüsusi nəzərdə tutulmuş müasir elektron zalın açılışı olub. AMEA-nın prezidenti açılış nitqində Akademiyanın 80 illik yubiley yığıncağının iştirakçılarının bu elektron zalın ilk qonaqları olduğunu deyib və bu mərkəzin gələcək fəaliyyəti barədə danışıb” deyə bildirilir.

Yeni elektron zalda Heydər Əliyev Fondu tərəfindən hazırlanan, Azərbaycan neft kimyasının əsasını qoymuş, Akademiyanın ikinci prezidenti Yusif Məmmədəliyevin həyat və fəaliyyətindən bəhs edən “Zamanın zirvəsi” adlı sənədli film nümayiş olunub.

Mission News Theme by Compete Themes.