Press "Enter" to skip to content

Nazir beynəlxalq yarışlarda yüksək nəticələr qazanmış idmançılarla görüşüb

Nazir beynəlxalq yarışlarda yüksək nəticələr qazanmış idmançılarla görüşüb

BAYRAQDAR MEDİA – Noyabrın 3-də gənclər və idman naziri Fərid Qayıbov ötən ay ərzində beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmiş idmançılarla görüşüb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd olunur ki, “Azərbaycan İdman Akademiyasında təşkil olunan görüş Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca idmançıların beynəlxalq arenalarda qazandıqları nailiyyətləri yüksək dəyərləndirən F.Qayıbov idmançıları və onların məşqçilərini təbrik edib. Nazir çıxışında bildirib ki, oktyabr ayı ərzində Azərbaycan Dövlət Himni 17 ölkədə səsləndirilib. Bu ay ərzində idmançılar ümumilikdə 70 qızıl, 102 gümüş və 157 bürünc medal qazanıblar”.

Görüş zamanı ay ərzində beynəlxalq arenalarda qazanılmış nailiyyətləri əks etdirən videoçarx nümayiş olunub. Daha sonra bir sıra idman növlərinin nümayəndələri çıxış etdikləri yarışlar və nəticələri barədə məlumat veriblər.

Sonda F.Qayıbov idmançılara qarşıdakı yarışlarda daha böyük uğurlar arzulayıb.

Mission News Theme by Compete Themes.