Press "Enter" to skip to content

Parisdə cüdo üzrə veteranlar arasında dünya çempionatı

Parisdə cüdo üzrə veteranlar arasında dünya çempionatı

BAYRAQDAR MEDİA – Fransanın paytaxtı Parisdə cüdo üzrə veteranlar arasında dünya çempionatı başlayıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “ilk yarış günündə bir azərbaycanlı cüdoçu fəxri kürsüyə qalxıb. M2 yaş kateqoriyasında mübarizə aparan Qurban Məmmədli mundialın bürünc medalını əldə edib. +100 kq çəki dərəcəsində tatamiyə çıxan idmançı üçüncü yer uğrunda görüşdə italiyalı Pavel Qurqisi məğlub edib”.

Qeyd edək ki, Azərbaycan dünya çempionatında 34 cüdoçu ilə təmsil olunur.

Mission News Theme by Compete Themes.