Press "Enter" to skip to content

Qadın voleybolçuların Avropa çempionatının yarış cədvəli

Qadın voleybolçuların Avropa çempionatının yarış cədvəli

BAYRAQDAR MEDİA – Gələn il keçiriləcək Avropa çempionatında Azərbaycan millisinin oyunlarının təqvimi müəyyənləşib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “Azərbaycanın ev sahibliyi edəcəyi C qrupunda yer alan komandanın rəqibləri Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya yığmaları olacaq. Azərbaycan millisi ilk oyununu Portuqaliya kollektivinə qarşı keçirəcək. Qeyd edək ki, Avropa çempionatı 2026-cı ildə Azərbaycan (Bakı), Türkiyə (İstanbul), Çexiya (Brno) və İsveçin (Qöteborq) ev sahibliyi ilə avqustun 21-dən sentyabrın 6-dək keçiriləcək. Bakıdakı qarşılaşmalar 21–28 avqust 2026-cı il tarixlərində Milli Gimnastika Arenasında baş tutacaq”.

AVRO-2026-nın C qrupunun oyunlarının təqvimi:

21 avqust
19:00 Azərbaycan – Portuqaliya

22 avqust
15:30 Belçika – İspaniya
18:30 Rumıniya – Niderland

23 avqust
15:30 Portuqaliya – Belçika
18:30 İspaniya – Azərbaycan

24 avqust
15:30 Niderland – Portuqaliya
18:30 Azərbaycan – Rumıniya

25 avqust
15:30 Rumıniya – Belçika
18:30 Niderland – İspaniya

26 avqust
15:30 İspaniya – Portuqaliya
18:30 Belçika – Azərbaycan

27 avqust
15:30 Niderland – Belçika
18:30 Portuqaliya – Rumıniya

28 avqust
15:30 İspaniya – Rumıniya
18:30 Azərbaycan – Niderland

Mission News Theme by Compete Themes.