BAYRAQDAR MEDİA – 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “Türkiyənin “Ankaragücü” klubunun yarımmüdafiəçisi Həsən Nəzərlinin əvəzinə “Qarabağ”ın oyunçusu Mehdi Mütəllimli U-19-a dəvət alıb. Qeyd edək ki, U-19 millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində noyabrın 12-də Çexiya, 15-də Şimali İrlandiya, 18-də isə Malta yığması ilə qarşılaşacaq”.





