Press "Enter" to skip to content

Parisdə Azərbaycan cüdoçularının çıxışı yekunlaşıb

Parisdə Azərbaycan cüdoçularının çıxışı yekunlaşıb

BAYRAQDAR MEDİA – Fransanın paytaxtı Parisdə keçirilən cüdo üzrə veteranlar arasında dünya çempionatında Azərbaycanın kişi cüdoçuları çıxışını başa vurub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “dördüncü yarış günündə bir usta cüdoçu fəxri kürsüyə qalxıb. M8 yaş kateqoriyasında Fərhad Rəcəbli (-90 kq) mundialın gümüş mükafatına layiq görülüb. Xatırladaq ki, daha əvvəl Mövlud Mirəliyev (M5, -100 kq) qızıl, Qurban Məmmədli (M2, +100 kq), Vüqar Babayev (M3, -66 kq), Zaur Bağırov (M4, +100 kq) və Azər Əsgərov (M6, -100 kq) isə bürünc medala yiyələniblər. Beləliklə, Azərbaycan komandası mötəbər turniri 1 qızıl, 1 gümüş və 4 bürünc olmaqla ümumilikdə 6 medalla tamamlayıb”.

Mission News Theme by Compete Themes.