BAYRAQDAR MEDİA şair, ssenarist, yazar və pedaqoq Şəbnəm Tofiqqızının “Qırx dörd günə, Azərbaycan!” şeirini təqdim edir.
Azərbaycan, Odlar Yurdum,
Şərəfim, vüqarım mənim!
Sarsılmayan məğrur ordum,
Sınmayan ilqarım mənim!
Adına iftixar verən
Şanlı bir tarixin vardır.
Bu tarixin salnaməsi
Əsrlərdən yadigardır.
Ucalqdıqca yüksəklərə
Dalğalansın hey bayrağım.
Nəsillərdən nəsillərə
Əmanət ana torpağım.
Azərbaycan yurdum, elim,
Azərbaycan ana dilim.
Uğrunda tökülən qanlar,
Şəhidlərin qürur yerim.
Bitib tükənməz sərvəti
Bu qocaman məmləkətin,
Tanrıdan böyük qisməti
Başçısıdır bu millətin.
Onu deyib ucalmışıq
İlhamla uca zirvəyə!
Döyüşüb zəfər çalmışıq,
Qalxıb düz Lələtəpəyə!
Bitsin həsrət, bitsin hicran!
Dedi Ali Baş Komandan.
Hünərini gördü cahan,
Qırx dörd günə, Azərbaycan!
Gördük zəfər müjdəsini,
“Dəmir yumruq” qüvvəsini.
Şuşada azan səsini
Eşitdik, can Azərbaycan!





