BAYRAQDAR MEDİA – Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası VI İslam Həmrəyliyi Oyunlarında finala vəsiqə qazanıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən yarışda Azərbaycan millisi noyabrın 12-də Əfqanıstan yığması ilə qarşılaşıb. Rəqibini 3:0 hesabı ilə məğlub edən Azərbaycan komandası üç qələbə ilə finala yüksəlib. Noyabrın 13-də keçiriləcək final görüşündə Azərbaycan millisinin rəqibi Türkiyə yığması olacaq”.





