Press "Enter" to skip to content

Azərbaycan üzgüçülərinin uğuru

Azərbaycan üzgüçülərinin uğuru

BAYRAQDAR MEDİA – Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında üzgüçülük üzrə Azərbaycan milli komandası uğurlu çıxışla yadda qalıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Üzgüçülük Federasiyasından (AÜF) daxil olub.

Xəbərdə qeyd olunur ki, “yarışları 3 medalla başa vuran Azərbaycan yığması bu nəticə ilə İslam Həmrəyliyi Oyunları tarixində yeni səhifə açıb.

Milli komandanın üzvlərinin nəticələri:
Ramil Vəlizadə – 200 metr kəpənək üsulu – gümüş medal,
Süleyman İsmayılzadə – 1500 metr sərbəst üsul – bürünc medal,
Qadınların estafet komandası – 4×200 metr sərbəst üsul – bürünc medal.

İslam Həmrəyliyi Oyunlarının tarixində ilk dəfədir ki, üzgüçülük üzrə milli komanda bütün medalları Azərbaycan doğumlu idmançılar hesabına qazanır. Bu nəticə milli komandanın inkişafında mühüm mərhələ və yeni nəsil Azərbaycan üzgüçülərinin beynəlxalq arenada yüksəlişinin göstəricisidir”.

Qeyd edək ki, bundan əlavə, Azərbaycan komandasının üzvləri tərəfindən bir neçə şəxsi və ölkə rekordları da yenilənib.

Mission News Theme by Compete Themes.