BAYRAQDAR MEDİA – Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında stolüstü tennis yarışları davam edir. Seçmə komandanın üzvləri noyabrın 13-də daha bir mükafata layiq görülüblər.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətindən daxil oıub.
Xəbərdə bildirilir ki, “qarışıq qoşa mübarizədə yarımfinal oyununa çıxan Adil Əhmədzadə – Mərziyyə Nurmətova tandemi türkiyəli rəqiblərinə uduzaraq fəxri kürsünün üçüncü pilləsində yer alıb. Xatırladaq ki, bundan əvvəl qadınlardan ibarət Azərbaycan komandası yarışın bürünc mükafatına layiq görülüb”.





