Press "Enter" to skip to content

VI İslam Həmrəyliyi Oyunlarında atletika yarışları

VI İslam Həmrəyliyi Oyunlarında atletika yarışları

BAYRAQDAR MEDİA – Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil olunan VI İslam Həmrəyliyi Oyunlarında atletika yarışlarına başlanılıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “Azərbaycan milli komandasının üzvlərindən ilk olaraq Yekaterina Sariyeva mübarizəyə qoşulub. Üç təkanla tullanma növündə mübarizə aparan atletimiz uğurlu çıxışla yadda qalıb. Sariyevanın ən yaxşı göstəricisi 13.84 metr olub. Bu nəticə ilə Yekaterina mötəbər yarışda bürünc medala sahib çıxıb”.

Qeyd edək ki, bu, Azərbaycan idmançılarının İslam Həmrəyliyi Oyunlarında 4-cü medalıdır. Sariyeva 2013-cü ildə Palembanqda qızıl, 2021-ci ildə Konyada gümüş, 2017-ci ildə Bakıda bürünc medal qazanıb.

Mission News Theme by Compete Themes.