Press "Enter" to skip to content

Azərbaycan güləşçiləri Rusiyada fərqlənib

Azərbaycan güləşçiləri Rusiyada fərqlənib

BAYRAQDAR MEDİA – Rusiyanın müxtəlif şəhərlərində güləş yarışları keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Güləş Federasiyasından daxil olub.

Xəbərdə bildirilir ki, “Yakutskda təşkil edilən sərbəst güləş üzrə turnirdə Ali Tsokayev (86 kq) bütün rəqiblərinə qalib gələrək çempion olub. Cəbrayıl Hacıyev (79) isə üçüncü yeri tutub. Tarko-Sale şəhərində isə yunan-Roma güləşi üzrə yarış baş tutub. Turnirdə Fərid Sadıxlı (55 kq), Nihad Quluzadə (60 kq) və Məhəmməd Əhmədiyev (97 kq) bürünc medal qazanıb”.

Mission News Theme by Compete Themes.