Press "Enter" to skip to content

Baş nazir WA prezidenti ilə görüşüb

Baş nazir WA prezidenti ilə görüşüb

BAYRAQDAR MEDİA – Baş nazir Əli Əsədov Dünya Su İdmanı Federasiyasının (World Aquatics) prezidenti Hüseyn Əl-Müsəlləmlə görüş keçirib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd edilir ki, “bildirilib ki, Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən biridir və idmançılar hər zaman dövlət tərəfindən xüsusi diqqət və dəstək görürlər. Baş nazir Azərbaycanda son illərdə yaradılan müasir idman infrastrukturu barədə məlumat verib. Qeyd olunub ki, Azərbaycan regionlar da daxil olmaqla onlarca olimpiya-idman kompleksinin inşası ilə bu sahədə nümunəvi təcrübə formalaşdırıb. Bunun nəticəsi olaraq Azərbaycan bir çox beynəlxalq yarışlara və dünya səviyyəli tədbirlərə yüksək səviyyədə ev sahibliyi edib. Həmçinin su idman növlərinin ölkəmizdə inkişafı, kütləviliyin artırılması, habelə WA ilə əməkdaşlığın genişləndirilməsi üzrə müzakirələr aparılıb”.

Görüşdə gənclər və idman naziri Fərid Qayıbov, eləcə də Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Zaur Əliyev iştirak ediblər.

Mission News Theme by Compete Themes.