Press "Enter" to skip to content

MEK akademikin biblioqrafik göstəricisini tərtib edib

MEK akademikin biblioqrafik göstəricisini tərtib edib

BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) tərtibatında radiasiya kimyası sahəsində görkəmli alim, Əməkdar elm xadimi, AMEA-nın müşaviri akademik Adil Qəribovun 75 illiyi münasibətilə alimin həyatı və elmi fəaliyyətini əks etdirən biblioqrafik göstərici çapdan çıxıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.

Xəbərdə deyilir ki, “əmək fəaliyyətinə AMEA Radiasiya Tədqiqatları sektorunda başlamış A.Qəribov Azərbaycanda kimya elminin inkişafında xüsusi xidmətləri olub. Milli Nüvə Tədqiqatları Mərkəzi QSC-nin sədri kimi A.Qəribovun rəhbərliyi ilə ilk nüvə və infrastrukturu formalaşıb. Onun tədqiqatlarının nəticələri neftin katalitik krekinqi proseslərində tədbiq üçün tövsiyə olunmuş, alimin nüvə parçalanma proseslərinin enerjisini birbaşa hidrogen vasitəsilə çevrilmə üzrə aldığı nəticələr İ.V.Kurçatov adına Atom Enerjisi İnstitutunda yeni hibrid tipli nüvə reaktorlarının elmi əsaslarının işlənməsində istifadə olunub. Akademik 500 elmi əsərin, 20-dək müəlliflik şəhadətnaməsinin və patentin müəllifidir. O, “Şöhrət” ordeni və “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi”, “Heydər Əliyevin 100 illiyi” yubiley medalları ilə təltif edilib”.

Daha sonra xəbərdə, “vəsaitin elmi redaktoru MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynovdur. Redaktorları Biblioqrafiya şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Aytən Əliyeva və Elmi biblioqrafiya sektorunun müdiri Nərgiz Novruzova, tərtibçisi isə Biblioqrafik informasiya xidməti sektorunun müdiri Aygün Əliyevadır. AMEA Rəyasət Heyətinin qərarına əsasən nəşr olunan göstəricidə görkəmli alimin həyatı, elmi məqalə, məruzə müsahibə və çıxışları əks olunur. Biblioqrafiya nüvə fizikası sahəsində çalışan alim və mütəxəssislər, həmçinin geniş oxucu kütləsi üçün dəyərli elmi mənbədir” deyə qeyd edilir.

Mission News Theme by Compete Themes.