Press "Enter" to skip to content

Azərbaycan millisi Avropa çempionatında 11 boksçu ilə təmsil olunacaq

Azərbaycan millisi Avropa çempionatında 11 boksçu ilə təmsil olunacaq

BAYRAQDAR MEDİA – Noyabrın 23-də Macarıstanın paytaxtı Budapeştdə 23 yaşadək kişi və qadın boksçular arasında Avropa çempionatı başlayacaq.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Boks Federasiyasından (ABF) daxil olub.

Xəbərdə deyilir ki, “7 gün davam edək yarışda Azərbaycan millisi 11 idmançı ilə təmsil olunacaq. Baş məşqçi Elbrus Rzayev U-23 Avropa çempionatında Sübhan Mamedov (50 kq), Amin Məmmədzadə (55 kq), Tağı Nəsibov (60 kq), Əli Abdullayev (65 kq), Nicat Əlirzayev (70 kq), Fərhad Şeydayev (75 kq) və Səbuhi Əlizadəyə (+90 kq) şans verəcək. Qadınlar ibarət yığmanın baş məşqçisi İlkin Ağayev isə Budapeştdə Lalə Mədətova (48 kq), Zeynəb Rəhimova (54 kq), Aynur Mikayılova (57 kq) və Fatimə Mehdiyevaya (65 kq) güvənəcək. Yarışda hakimlər arasında beynəlxalq dərəcəli referi Qalib Əbiyev də yer alacaq”.

Qeyd edək ki, Macarıstana noyabrın 21-də yollanan milli komanda Bakıya noyabrın 30-da qayıdacaq.

Mission News Theme by Compete Themes.