Press "Enter" to skip to content

Azərbaycan milli komandası Əbu-Dabidə Böyük Dəbilqə turnirində

Azərbaycan milli komandası Əbu-Dabidə Böyük Dəbilqə turnirində

BAYRAQDAR MEDİA – Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən 28-30 noyabr tarixlərində Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Əbu-Dabidə Böyük Dəbilqə turniri keçiriləcək.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Cüdo Federasiyasından (ACF) daxil olub.

Xəbərdə deyilir ki, “Azərbaycan bu yarışda kişilərdən ibarət milli komandanın böyük məşqçiləri Elçin İsmayılovSlavko Tekiçin başçılığı altında 5 çəki dərəcəsində 10 cüdoçu ilə təmsil olunacaq. Üç gün davam edəcək turnirdə 53 ölkədən 390 idmançı (233 kişi, 157 qadın) iştirak edəcək”.

Qeyd edək ki, yarışda ACF-in “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.

Heyətə daxildir:

Kişilər

-60 kq
Əhməd Yusifov
Balabəy Ağayev

-66 kq
Ruslan Paşayev
Rəşad Yelkiyev

-73 kq
Rəşid Məmmədəliyev
Hidayət Heydərov

-90 kq
Murad Fətiyev
Aslan Kotsoyev

+100 kq
Camal Qamzatxanov
Uşanqi Kokauri

Mission News Theme by Compete Themes.