Press "Enter" to skip to content

Cüdo üzrə Azərbaycan çempionatı olacaq

Cüdo üzrə Azərbaycan çempionatı olacaq

BAYRAQDAR MEDİA – 5–7 dekabr tarixlərində qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatı keçiriləcək.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Cüdo Federasiyasından (ACF) daxil olub.

Xəbərdə deyilir ki, “Bakı İdman Sarayında baş tutacaq ilin vacib yerli turnirində ölkənin ən güclü cüdoçuları ümumilikdə 14 çəki dərəcəsində mübarizə aparacaqlar. 5–6 dekabrda fərdi mübarizələr, 7 dekabrda isə komandalararası yarış olacaq”.

Qeyd edək ki, yarışın təsnifat mərhələsini hər gün saat 10:00-dan, final blokunu isə 17:00-dan etibarən ACF-in rəsmi “YouTube” kanalından canlı izləmək mümkündür.

Mission News Theme by Compete Themes.