Press "Enter" to skip to content

Cəbrayılda “Məktəbli Kuboku”na başlanılıb

Cəbrayılda “Məktəbli Kuboku”na başlanılıb

Son yeniləmə: 24 Noyabr 2025

BAYRAQDAR MEDİA – Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə Elm və Təhsil Nazirliyinin (ETN) Məktəbəqədər və ümumi təhsil üzrə dövlət agentliyinin birgə əməkdaşlığı çərçivəsində Cəbrayıl rayonu üzrə “Məktəbli Kuboku” turnirinə başlanılıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya AFFA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “açılış mərasiminin ardından ilk oyunlar keçirilib. Yarışda 7-ci sinif oğlanlar, 5-ci sinif oğlan və qızlar olmaqla ümumilikdə 11 məktəbin 28 komandası qüvvəsini sınayacaq. Daxili birincilik başa çatdıqdan sonra hər üç qrup üzrə çempion komanda rayonu bölgə yarışlarında – Regional finallarda təmsil edəcək”.

Qeyd edək ki, turnirin təşkilində əsas məqsəd məktəblilər arasında futbolun kütləviliyini artırmaq, sağlam həyat tərzini təbliğ etmək və uşaqlarda komanda ruhunun formalaşmasına töhfə verməkdir. Layihə çərçivəsində ölkənin bütün bölgələrində məktəblər arasında yarışlar keçiriləcək, qaliblər respublika birinciliyində qüvvələrini sınayacaqlar.

Mission News Theme by Compete Themes.