Press "Enter" to skip to content

ANAİB Türküstan Kitab Sərgisində iştirak edir

Sərginin açılışı

BAYRAQDAR MEDİA – Noyabrın 26-da Qazaxıstanda Türküstan Kitab Sərgisinin açılış mərasimi keçirilib.

Sərgidə Azərbaycan Nəşriyyatlar Assosiasiyasının (ANAİB) üzvü olan Hədəf Nəşrləri, XAN Nəşriyyatı və Altun Kitab Nəşriyyatı da öz stendləri ilə iştirak edirlər.

Şəmil Sadiq çıxış edərkən
Şəmil Sadiq çıxış edərkən

Bu barədə BAYRAQDAR MEDİA-ya ANAİB-dən məlumat verilib.

Sultan Raev ANAİB-in stnedini zitarət edib
Sultan Raev ANAİB-in stnedini zitarət edib

Məlumata görə, sərgiyə fəxri qonaq kimi qatılan ANAİB İdarə Heyətinin sədri, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq qeyd edib ki, kitab milli kimliyin qoruyucusu və mədəniyyətimizin ipək yoludur: “Bu festival yalnız kitab təqdimatı deyil, türk dünyasının ortaq mədəni xəritəsinin yenidən çəkilməsi, oxucularla nəşriyyatlar arasında körpünün qurulmasıdır. Festival türk dünyasının sözə, kitaba və mədəniyyətə olan sevgisinin bayramıdır”, Çıxışında türk dünyasının filosof şairi, azərbaycanlı mütəfəkkir Hüseyn Cavidin “Turana qılıncdan daha kəskin ulu qüvvət, yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət” fəlsəfəsini xatırladan Şəmil Sadiq tədbiri Azərbaycan nəşriyyatlarının və türk dünyası oxucularının mədəni əlaqələrini möhkəmləndirən, fikir mübadiləsinə imkan yaradan və gələcək üçün yeni əməkdaşlıq imkanlarını açan mühüm platforma kimi dəyərləndirib.

Tədbirdən daha bir foto
Tədbirdən daha bir foto

Sərgi çərçivəsində TÜRKSOY-un Baş katibi Sultan Raev Azərbaycan stendini ziyarət edib

Mission News Theme by Compete Themes.