Press "Enter" to skip to content

Azərbaycanın daha iki boksçusu Avropa çempionatında yarımfinalda

Azərbaycanın daha iki boksçusu Avropa çempionatında yarımfinalda

BAYRAQDAR MEDİA – Macarıstanın paytaxtı Budapeştdə boks üzrə U-23 Avropa çempionatında 1/4 final mərhələsinə yekun vurulub. Döyüşlərin yekununa əsasən Azərbaycan millisinin daha 2 idmançısı yarımfinala yüksəlib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Boks Federasiyasından (ABF) daxil olub.

Xəbərdə qeyd edilir ki, “Sübhan Mamedov (50 kq) Salvator Attrattivonu (İtaliya) hər 3 raundda məğlub edib – 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27). O, yarımfinalda Luis Runi (İrlandiya) ilə üz-üzə gələcək. Səbuhi Əlizadə (+90 kq) də 1/4 final döyüşünü xeyrinə bitirib. Gəncə boks məktəbinin yetirməsi İliya Zinkovskiyə (Ukrayna)  ikinci raundda tam üstünlüklə qalib gəlib. Boksçu finala gedən yolda Marko Perkoviçi (Xorvatiya) sınağa çəkəcək. Beləliklə, Avropa çempionatında yarımfinala yüksələn Azərbaycan idmançılarının sayı 3-ə yüksəlib. Daha öncə Tağı Nəsibov (60 kq) da bu hüquqa yiyələnib”.

Qeyd edək ki, yarımfinala vəsiqə qazanan boksçular özləri üçün azı bürünc medalı da təmin ediblər. Bu mərhələnin görüşləri noyabrın 28-də olacaq.

Mission News Theme by Compete Themes.