BAYRAQDAR MEDİA – Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ictimai birliklərlə görüş keçirilib. Görüşdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Türk Dövlətlərinə üzv ölkələrin QHT Platformasının Baş katibi, Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Azər Allahverənov, Naxçıvan MR-nın ədliyyə naziri vəzifələrini müvəqqəti icra edən, nazir müavini Hüseyn Səfərov iştirak edib.
Bu barədə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin məlumatında qeyd edilib.
Bildirilib ki, görüşdə Naxçıvan MR-da fəaliyyət göstərən ictimai birliklərin təklifləri dinlənilib, sualları cavablandırılıb, müvafiq qeydlər götürülüb.





