BAYRAQDAR MEDİA – 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində Şimali Makedoniya yığması ilə oyunu təxirə salınıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd edilir ki, “B Liqasının 5-ci qrupunun II turu çərçivəsində bu gün baş tutmalı olan görüş Strumitsa şəhərində hava şəraitinin əlverişsiz və meydançanın yararsız vəziyyətdə olması səbəbindən başqa vaxta keçirilib”.
Qarşılaşmanın noyabrın 29-da reallaşması nəzərdə tutulub.





