Press "Enter" to skip to content

Uşaq evinin sakini üzgüçülük çempionatında 3-cü yerin qalibi olub

Uşaq evinin sakini üzgüçülük çempionatında 3-cü yerin qalibi olub

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) Paralimpiya İdman Kompleksi, Abşeron–Xızı Regional Gənclər və İdman İdarəsi və Azərbaycan Üzgüçülük Federasiyasının təşkilatçılığı ilə əlilliyi olan idmançılar arasında üzgüçülük üzrə açıq Sumqayıt şəhər çempionatı keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “yarışda Agentliyin 1 saylı Uşaq evi sosial xidmət müəssisəsinin sakini Adil Həsənov S5 kateqoriyası üzrə 50 metr sərbəst üslubda fərqlənərək üçüncü yerə layiq görülüb. O, medal və diplomla təltif edilib. Çempionat idmançılar arasında müsbət sosial mühitin formalaşdırılması və əlilliyi olan şəxslərin üzgüçülük idmanına marağının artırılması məqsədi daşıyıb”.

Mission News Theme by Compete Themes.