Press "Enter" to skip to content

ABF rəhbərliyi dünya çempionatı öncəsi milli komanda ilə görüşüb

ABF rəhbərliyi dünya çempionatı öncəsi milli komanda ilə görüşüb

BAYRAQDAR MEDİA – Azərbaycan Boks Federasiyasının (ABF) rəhbərliyi Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək dünya çempionatı öncəsi kişilərdən ibarət milli komanda ilə görüşüb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya ABF-dən daxil olub.

Xəbərdə deyilir ki, “ABF prezidentinin müşaviri Samir Hüseynov mundialın mahiyyətindən danışıb və boksçularımızın hər birindən yüksək nəticə gözlənildiyini vurğulayıb. Komandanın durumu ilə maraqlanan və tövsiyələrini verən Hüseynov bu yarışla Azərbaycan çempionatının yekununa əsasən Los-Anceles-2028 Yay Olimpiya Oyunları üçün komandanın formalaşacağını qeyd edib”.

Sonra xəbərdə, “ABF-in baş katibi Nağı Səfərov və İdarə Heyətinin üzvü Rövşən Hüseynov boksçuları məsuliyyətlərini dərk etməyə çağırıb, onlara uğurlar arzulayıb. Ardınca millinin baş məşqçisi Ravşan Xocayevin hesabatı dinlənilib. O, komandanın dünya çempionatına hazır olduğunu və boksçularının əhval-ruhiyyəsinin yüksək olduğunu deyib” deyə bildirilir.

Qeyd edək ki, dekabrın 3-13-də keçiriləcək dünya çempionatında Azərbaycan millisi 11 boksçu ilə təmsil olunacaq.

Mission News Theme by Compete Themes.