BAYRAQDAR MEDİA – Stolüstü tennisçi Onur Quluzadə Beynəlxalq Stolüstü Tennis Federasiyasının “Qlobal gənclər təlim düşərgəsi”nə qatılacaq.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “istedadlı idmançı Çinin Çendu şəhərində təşkil olunacaq toplanışda milli komandanın baş məşqçisi Mixail Timofeyevin rəhbərliyi ilə iştirak edəcək. O.Quluzadə bu düşərgəyə BSTF-nin qitələr üzrə ən istedadlı idmançıları üçün həyata keçirdiyi proqrama əsasən dəvət alıb. Həmin proqram beynəlxalq yarışlarda mütəmadi olaraq yüksək nəticələr göstərən istedadlı stolüstü tennisçilər üçün nəzərdə tutulub ki, xüsusi seçilmiş 40 idmançı arasında O.Quluzadə də yer alır”.
Qeyd edək ki, “Qlobal gənclər təlim düşərgəsi” dekabrın 4-dən 13-dək təşkil olunacaq.





