Press "Enter" to skip to content

Tarixə nəzər salan daha bir addım

Diasporla İş üzrə Dövlət Komitəsi

ABŞ-də Qərbi Azərbaycandan bəhs edən yeni kitablar işıq üzü görüb

BAYRAQDAR MEDİA – ABŞ-nin Şimali Karolina Universitetinin professoru, əslən Qərbi Azərbaycandan olan Əli Əsgərovun XX əsrdə azərbaycanlıların Ermənistandan deportasiyası və orada yaşayan Azərbaycan icmasının həyatı haqqında iki yeni kitabı işıq üzü görüb.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Məlumata görə, Əli Əsgərovun Tenessi Texnologiya Universitetinin professoru Maykl Gunterlə birgə qələmə aldığı “Forgotten Exile: The Deportations of Azerbaijanis by the Armenians in the Caucasus during the Twentieth Century” (“Unudulmuş sürgün: XX əsrdə Qafqazda azərbaycanlıların ermənilər tərəfindən deportasiyası”) adlı kitab 2025-ci ilin oktyabr ayında “Brill” nəşriyyatında buraxılıb: “Nəşrdə XX əsr boyunca Ermənistanın azərbaycanlılara qarşı həyata keçirdiyi deportasiyalar arxiv sənədləri, müsahibələr və geniş elmi mənbələr əsasında araşdırılıb. Kitabın mühüm özəlliyi müəllifin 1988-ci ildə öz ailəsi ilə birlikdə doğma yurdundan məcburiköçürülməsinə dair xatirələrədə yer verməsidir. Əsər bölgədə azərbaycanlıların etnik tərkibinin dəyişdirilməsi proseslərini faktlarla təqdim edir. Kitabın ərsəyə gəlməsinə Diasporla İş üzrə Dövlət Komitəsi də dəstək göstərib”.

Qeyd edilib ki, “Roots and Ruins: Life in a Lost Village and Twenty-One Years of Soviet Citizenship” (“Köklər və xarabalıqlar: İtirilmiş kənddə həyat və Sovet vətəndaşlığının iyirmi bir ili”) adlı ikinci kitabda müəllif doğulduğu Qarabağ kəndinin və Ermənistanda yaşayan azərbaycanlıların gündəlik həyatından, sosial quruluşundan, təhsilindən, təsərrüfat fəaliyyətindən və etnik gərginliklərin yüksəldiyi dövrdə baş verən hadisələrdən bəhs edib: “Nəşr sovet dövründə azərbaycanlıların öz yurdlarından çıxarılması və mədəni irsin məhvi ilə bağlı dəyərli məlumatlarla zəngindir. Hər iki kitab Qərbi Azərbaycanda tarixi, demoqrafik və sosial proseslərin elmi tədqiqi baxımından dəyərli mənbə hesab oluna bilər.

Mission News Theme by Compete Themes.