BAYRAQDAR MEDİA – Dekabrın 5-də ABŞ-nin paytaxtı Vaşinqtonda dünya çempionatı – 2026-nın püşkü atılacaq.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “AFFA prezidenti Rövşən Nəcəf püşkatma mərasimində iştirak edəcək. Qeyd edək ki, dünya çempionatı 2026-cı ilin 11 iyun – 19 iyul tarixləri aralığında ABŞ, Kanada və Meksikada təşkil olunacaq”.





