BAYRAQDAR MEDİA – Beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov dekabrın 10-da Türkiyədə keçiriləcək kişi voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsinin “Ziraat Bankkart” (Türkiyə) və “Tours VB” (Fransa) klubları arasında keçiriləcək qarşılaşmada ikinci hakim olacaq.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “matçın baş hakimi vəzifəsini serbiyalı Aleksandar Petrovic icra edəcək”.





