BAYRAQDAR MEDİA – Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində kişi boksçular arasında dünya çempionatı davam edir. Mundialın 1/8 finalında Azərbaycan millisinin 6 idmançısı çıxışını qələbə ilə başa vurub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Boks Federasiyasından (ABF) daxil olub.
Xəbərdə deyilir ki, “Sübhan Mamedov (48 kq) 1/4 final uğrunda Mehron Şafiyevlə (Tacikistan) döyüşüb. Görüş Azərbaycan boksçusunun 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesablı qələbəsi ilə başa çatıb. O, növbəti qarşılaşmasında Şodiyorjon Melikuzyevlə (Özbəkistan) üz-üzə gələcək. Məhəmmədəli Aşurəliyev (60 kq) ardıcıl üçüncü döyüşünü aktivinə yazıb. O, 1/8 finalda Artuş Qomtsyana (Gürcütsan) da gücünü göstərib – 5:0 (30:27, 30:27, 30:26, 30:27, 30:27). Aşurəliyev 1/4 finalda Abdumalik Xalokovu (Özbəkistan) sınağa çəkəcək. Zaur Qəhrəmanov (67 kq) bu dəfə Tomas Kasazzanı (Argentina) mübarizədən kənarlaşdırıb – 5:0 (30:25, 30:26, 30:26, 30:26, 30:26). Onun növbəti rəqibi Yevgeni Kul (Rusiya) olacaq”.
Daha sonra xəbərdə, “Cəidcəmşid Cəfərov (75 kq) yenə rinqdən qalib ayrılıb. Azərbaycan təmsilçisi Amir Abbası (Bəhreyn) hər üç raundda məğlub edib və yekunda 5:0 (30:26, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qələbə qazanıb. Cəfərov yarımfinala gedən yolda Fazliddin Erkinboyevlə (Özbəkistan) münasibətinə aydınlıq gətirəcək. Alfonso Dominqes (92 kq) debütdə Matias Veronla (Argentina) qüvvəsini sınayıb. Dünya çempionu rəqibinə ikinci raundda nokautla qalib gəlib. Dominqes 1/4 finalda Andrey Zaplitni (Moldova) ilə gücünü yoxlayacaq. Məhəmməd Abdullayev (+92 kq) isə startda Mvoqo Zaçaryeni (Kamerun) məğlub edib. 5:0 (30:27, 29:28, 30:27, 29:28, 30:27) hesabı ilə qələbə qazanan dünya çempionatının mükafatçısı 1/4 finalda Dovlet İslamovla (Türkmənistan) qarşılaşacaq” deyə bildirilie.
Qeyd edək ki, bu gün daha 3 Azərbaycan boksçusu 1/8 final döyüşünə çıxacaq.





