Press "Enter" to skip to content

Azərbaycan və Misir arasında mədəni əməkdaşlıq münasibətlərinin müzakirəsi

Azərbaycan və Misir arasında mədəni əməkdaşlıq münasibətlərinin müzakirəsi

BAYRAQDAR MEDİA – Dekabrın 9-da mədəniyyət naziri Adil Kərimli Azərbaycanın ev sahibliyi etdiyi “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025” çərçivəsində Bakıda səfərdə olan Misirin mədəniyyət naziri Ahmed Fuad Hanno ilə görüşüb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “görüş zamanı A.Kərimli qonağı Azərbaycanda salamlamaqdan məmnunluğunu ifadə edərək Misir tərəfinin bu mötəbər beynəlxalq tədbirə göstərdiyi diqqətə görə təşəkkürünü bildirib. Qeyd olunub ki, Azərbaycan və Misir arasında mədəni əməkdaşlıq həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurla inkişaf edir. Mədəniyyətin müxtəlif sahələri üzrə təcrübə mübadiləsi, birgə layihələrin həyata keçirilməsi və qarşılıqlı iştirak üçün geniş imkanların mövcud olduğu vurğulanıb”.

Sonra xəbərdə, “A.F.Hanno da öz növbəsində Azərbaycan-Misir münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini qeyd edib, mədəniyyət sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu bildirib. O, Azərbaycanın festivala yüksək səviyyədə ev sahibliyi etdiyini xüsusi vurğulayaraq, tədbirin İslam dünyası ölkələri arasında mədəni inteqrasiyanın möhkəmləndirilməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib” deyə qeyd olunur.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, sonda Misirin mədəniyyət nazirinə xatirə hədiyyəsi təqdim olunub.

Mission News Theme by Compete Themes.