BAYRAQDAR MEDİA – BP Azərbaycan şirkəti Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasına (MEK) yeni nəşrlər təqdim edib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “son beş il ərzində bp tərəfindən maliyyələşdirilən layihələr çərçivəsində müxtəlif sahələr üzrə beynəlxalq dərslik Azərbaycan dilinə tərcümə edilərək ictimaiyyətə təqdim olunub. Bu təşəbbüs çərçivəsində Azərbaycan dilinə tərcümə edilən daha 5 adda 25 sayda “Ekonometrikaya giriş. Müasir yanaşma”, “Biznes və iqtisadiyyat üçün statistika”, “Korporativ maliyyə: əsas prinsiplər”, “İqtisadi idarəetmə və strategiya”, “Statistik nəticəçıxarma” adlı yeni dərsliklər kitabxanaya hədiyyə edilib”.
Nəşrlər tələbələr, müəllim heyəti və iqtisadiyyat, maliyyə, biznes və statistika üzrə ixtisaslaşan tədqiqatçılar üçün dəyərli elmi mənbədir.





