BAYRAQDAR MEDİA – Azərbaycan Minifutbol Federasiyası (AMF) ilə Abşeron Ticarət Mərkəzi (ATM) arasında yeni sponsorluq müqaviləsi imzalanıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya AMF-dən daxil olub.
Xəbərdə deyilir ki, “müqavilə federasiyanın rəsmi nümayəndələri ilə ticarət mərkəzinin rəhbərliyi arasında keçirilən görüş çərçivəsində rəsmiləşdirilib. Tədbirdə AMF-in icraçı vitse-prezidenti Taleh Nəsibov və ATM-in kommersiya direktoru Faiq Mədətov iştirak ediblər. Tərəflər arasında imzalanmış razılaşmaya əsasən, bundan sonra Azərbaycan minifutbol milli komandasının rəsmi oyun formalarında Abşeron Ticarət Mərkəzinin adı yer alacaq. T.Nəsibov çıxışında bildirib ki, yeni əməkdaşlıq milli komandanın inkişafına və idmanın geniş təbliğinə töhfə verəcək: “Biz bu əməkdaşlığı idmana dəstəyin və sosial məsuliyyətin nümunəsi kimi qiymətləndiririk. Abşeron Ticarət Mərkəzi ilə birgə fəaliyyətimiz həm federasiyamız, həm də milli komandamız üçün yeni imkanlar açacaq””.
Sonra xəbərdə, “F.Mədətov isə öz növbəsində qeyd edib ki, minifutbolun Azərbaycanda sürətlə inkişaf etdiyini görmək çox sevindiricidir: “Biz bu prosesin bir parçası olmaqdan məmnunuq və milli komandamıza gələcək yarışlarda uğurlar arzulayırıq”. Tədbirin sonunda tərəflər qarşılıqlı əməkdaşlığın rəmzi olaraq bir-birlərinə xatirə hədiyyələri təqdim ediblər” deyə bildirilir.





