BAYRAQDAR MEDİA – Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində kişi boksçular arasında dünya çempionatında 1/8 final mərhələsinin döyüşlərinə yekun vurulub. Bu mərhələdə Azərbaycan millisinin daha 2 idmançısı qələbə qazanıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Boks Federasiyasından (ABF) daxil olub.
Xəbərdə deyilir ki, “Maqsud Xasmetov (63,5 kq) Ruslan Qafurovdan (Tacikistan) güclü olub. O, rəqibini 5:0 (30:26, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib. Xasmetov 1/4 finalda Omar Livaza (Qırğızıstan) ilə döyüşəcək. Sərxan Əliyev (71 kq) də növbəti qələbəsini qazanıb. Dünya çempionatının mükafatçısı bu dəfə Arturs Vaisə (Latviya) 5:0 (30:27, 29:28, 29:28, 30:27, 29:28) hesabı ilə qalib gəlib. O, 1/4 finalda Ablayxan Jussupovu (Qazaxıstan) sınağa çəkəcək”.
Qeyd edək ki, Xasmetov və Əliyevdən öncə daha 6 Azərbaycan boksçusu 1/4 finalda iştirakını rəsmiləşdirib.





