BAYRAQDAR MEDİA – Dekabrın 10-da İsveçrənin Nyon şəhərində UEFA Region Kubokunun 2026/2027-ci illər mövsümünün ilk raundunun püşkü atılıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “Azərbaycanı turnirdə təmsil edəcək komanda ilkin mərhələdən mübarizəyə başlayacaq. Azərbaycan komandası ilkin mərhələnin 7-ci qrupunda Polşa, Türkiyə və Rumıniya kollektivləri ilə mübarizə aparacaq. Bu raundun oyunları 2026-cı ilin sentyabr-dekabr ayları aralığında Türkiyədə baş tutacaq”.





