BAYRAQDAR MEDİA – Stolüstü tennisçilər növbəti təlim-məşq toplanışına qatılacaqlar.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “seçmə komandanın üzvləri – Ləman Abdulhəmidova, Zemfira Mikayılova, Xədicə Əbilzadə, Səbinə Məmmədova və Nigar Mahmudova bu məqsədlə Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) yollanıb. İdmançılar baş məşqçi Fərhad İsmayılovun rəhbərliyi altında dekabrın 15-dən etibarən yerli komanda ilə birgə hazırlıq keçəcəklər”.
BƏƏ Stolüstü Tennis Federasiyasının təşəbbüsü ilə Şarja şəhərində təşkil olunacaq təlim-məşq toplanışına dekabrın 24-də yekun vurulacaq.





