Press "Enter" to skip to content

Uşaq Paralimpiya Oyunları olacaq

Uşaq Paralimpiya Oyunları olacaq

BAYRAQDAR MEDİA – Azərbaycan Milli Paralimpiya Komitəsinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin (GİN) dəstəyi və “Azercell Telekom” MMC-nin tərəfdaşlığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) Sumqayıt Paralimpiya İdman Kompleksində Uşaq Paralimpiya Oyunları keçiriləcək.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya GİN-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd edilir ki, “20 dekabrda təşkil ediləcək Oyunlarda 130 uşaq 8 idman növü üzrə (paracüdo, parataekvondo, parapauerliftinq, paraüzgüçülük, parabadminton, parastolüstü tennis, parakamandan oxatma, boccia) müxtəlif kateqoriyalarda mübarizə aparacaq”.

Oyunların keçirilməsinin əsas məqsədi əlilliyi olan şəxslərin idmana cəlb olunması ilə Azərbaycanı beynəlxalq idman arenalarında layiqincə təmsil edəcək yeni idmançı nəslinin formalaşdırılmasıdır.

Mission News Theme by Compete Themes.