Press "Enter" to skip to content

Nazir Yozgat Stadionunun açılışını edib

Stadionda

BAYRAQDAR MEDİA – Tikintisi başa çatdırılan Yozgat Şəhər Stadionu gənclik və idman naziri Osman Aşkın Bakın iştirakı ilə rəsmi olaraq istifadəyə verilib. Açılış mərasimində çıxış edən nazir, “Biz şanslıyıq, çünki idmanın içindən çıxmış bir Prezidentimiz var”, – deyə bildirib.

Bu barədə yozgathabergazete.com saytı məlumat yayıb.

Məlumata görə, nazir çıxışında idmandan gələn bir Prezidentə sahib olduqları üçün özlərini şanslı hesab etdiklərini qeyd edərək bildirib: “Bu gün igidlərin yetişdiyi Yozgatda gözəl bir idman obyektinin, dəyərli bir əsərin açılışını edirik. Biz şanslıyıq, çünki idmana dəyər verən, gənclərə önəm göstərən, idman yatırımlarını dəstəkləyən və Türkiyənin dörd bir yanında müasir stadionların tikilməsini təmin edən bir Prezidentimiz var. Bu günə qədər UEFA və FIFA standartlarına uyğun 41 stadion inşa etmişik və bu işi davam etdiririk. Çoxsaylı qapalı idman zalları, olimpiya üzgüçülük hovuzları, atletika qaçış zolaqları tikilib. Türkiyədə əsl idman infrastrukturu inqilabı yaşanır”.

Açılışdan sonra nazir Bak stadion meydançasını gəzərək top oynayıb. Bozokspor Klubunun sədri Alparslan Akyüz nazir Osman Aşkın Baka üzərində “66” nömrəsi olan Bozokspor forması hədiyyə edib. Daha sonra açılışı edilən stadionda keçirilən III Liqa Bozokspor–Sebat Gənclikspor oyunu izlənilib.

Mission News Theme by Compete Themes.