Press "Enter" to skip to content

Şahmat Federasiyasından 2025-ci ilin yekunlarına həsr olunan tədbir

Şahmat Federasiyasından 2025-ci ilin yekunlarına həsr olunan tədbir

BAYRAQDAR MEDİA – Dekabrın 22-də Azərbaycan Şahmat Federasiyasının (AŞF) 2025-ci ilin yekunlarına həsr olunan tədbiri keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya AŞF-dən daxil olub.

Xəbərdə deyilir ki, “tədbirdə gənclər və idman naziri Fərid Qayıbov və AŞF-in prezidenti Mahir Məmmədov çıxış ediblər, eləcə də federasiyanın hesabatı dinlənilib. Sonra beynəlxalq yarışlarda, Avropa və dünya çempionatlarında uğurla çıxış edən Azərbaycan şahmatçıları, eləcə də il ərzində şahmatın inkişafına töhfə vermiş şəxslər təltif olunublar. Tədbirin sonunda Gənclər və İdman Nazirliyi (GİN), AŞF və Respublika Şahmat Mərkəzi arasında Mərkəzdən birgə istifadəni nəzərdə tutan əməkdaşlıq müqaviləsi imzalanıb. Sənədi F.Qayıbov, M.Məmmədov və Şahmat Mərkəzinin direktoru Elşən Məmmədov imzalayıblar”.

Eyni zamanda, federasiya ilə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) arasında niyyət protokolu təsdiqlənib. Protokolu M.Məmmədovla MÜTDA direktoru Eşqi Bağırov imzalayıb.

Mission News Theme by Compete Themes.