Press "Enter" to skip to content

Uşaq evinin sakininin Uşaq Paralimpiya Oyunlarında uğuru

Uşaq evinin sakininin Uşaq Paralimpiya Oyunlarında uğuru

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) 1 saylı Uşaq evi sosial xidmət müəssisəsinin sakini Adil Həsənov Uşaq Paralimpiya Oyunlarında yüksək nailiyyət əldə edib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “o, paraüzgüçülük idman növü üzrə birinci yerə layiq görülərək medal və sertifikatla təltif edilib. Əlilliyi olan uşaqların idmana cəlb olunması, onların idman bacarıqlarının inkişaf etdirilməsi və gələcəkdə Azərbaycanı beynəlxalq idman arenalarında layiqincə təmsil edəcək yeni paralimpiyaçı nəslinin yetişdirilməsi məqsədi daşıyan yarış Agentliyin Paralimpiya İdman Kompleksində keçirilib”.

Oyunlarda 8 idman növü üzrə ümumilikdə 130 uşaq paralimpiyaçı iştirak edib.

Mission News Theme by Compete Themes.