BAYRAQDAR MEDİA – Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) təşkilatçılığı ilə məşqçi kurslarının təlimatçıları üçün kurs keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya AFFA-nın mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində təşkil edilən tədbirə təhsil şöbəsinin rəhbəri Aslan Kərimov və təlimatçı Osman Rəhimov rəhbərlik edib”.





