Press "Enter" to skip to content

Uşaqlar üçün kino tədbiri keçirilib

Tədbirdən foto

BAYRAQDAR MEDİA – Bağdaddakı Yunus Emre Mədəniyyət Mərkəzində Türkmən Qardaşlıq Ocağı Baş Mərkəzi ilə əməkdaşlıq və Türkmən təhsili çərçivəsində fəaliyyət göstərən bəzi məktəblərin iştirakı ilə uşaqlar üçün kino tədbiri təşkil olunub.

Bu barədə TürkmeneliTV məlumat yayıb.

Məlumata görə, bədii və mədəni fəaliyyətlərlə zənginləşdirilən proqram çərçivəsində şagirdlər üçün xüsusi kino nümayişi təqdim edilib: “Nümayişdən sonra səhnədə müxtəlif mədəni və bədii çıxışlar həyata keçirilib. Tədbirdə iştirak edən uşaqlar teatr tamaşaları, ilahilərin ifası və ifadə yönümlü təqdimatlarla öz bacarıqlarını nümayiş etdiriblər”.

Məlumatda deyilir ki, Türkmən Qardaşlıq Ocağının sədri Tahsin Dede bu cür tədbirlərin uşaqların sosial və mədəni inkişafına mühüm töhfə verdiyini deyib: “Yunus Emre Mədəniyyət Mərkəzinin müəllimlərindən Yusuf Kahraman isə qeyd edib ki, tədbirin əsas məqsədi uşaqlarda mədəni şüurun formalaşdırılması, incəsənətə və faydalı fəaliyyətlərə marağın artırılmasıdır. Tədbirin sonunda Yunus Emre Mədəniyyət Mərkəzi tərəfindən iştirakçı uşaqlara müxtəlif hədiyyələr paylanıb”.

Mission News Theme by Compete Themes.