BAYRAQDAR MEDİA – Kritika Yayımlarında yazıçı Vaqif Sultanlının “İnsan dənizi” romanı nəşr olunub.
Roman, “Süjet hörüyündə yer alan hadisə və əhvalatların iyirminci yüzilin səksəninci illərində cərəyan etdiyi əsərdə ölüm cəzasından qaçıb ucqar bir şəhərə sığınaraq gizli həyat sürən baş qəhrəmanın taleyi fonunda imperiya ideologiyasının cəmiyyətin mənəviyyatına yoluxdurduğu sosial-əxlaqi problemlərin bədii çözümünə çalışılır. Romanda real və şərti-metaforik üslubun sintezi müəllifə dönəmin qaranlıq, açıq söylənilməsi mümkün olmayan həqiqətlərini aşkarlamağa imkan verir. Xüsusilə, çağdaş dünyada insanlığı mənəvi tənəzzülə sürükləyən özgələşmə probleminin fərqli tərzdə canlandırılması əsərin ideya-estetik çəkisini artırmaqdan” bəhs edir.
Bildirilib ki, “ilk dəfə 1991-ci ildə “Gənclik” nəşriyyatında Azərbaycan oxuculara təqdim olunan “İnsan dənizi” romanı sonralar müxtəlif vaxtlarda yenidən nəşr edilmişdir. Həmçinin roman müxtəlif dillərə çevrilərək İngiltərə, Amerika Birləşmiş Ştatları, Türkiyə, Almaniya, Misir, İran və başqa ölkələrdə nəşr olunmuş, haqqında xeyli araşdırmalar aparılmışdır”.
Romanı Bakıdakı kitab dükanları və Kritika Yayımlarından əldə etmək olar.





