Təbrizli gənc yazarın kitabı AYB-də təqdim olunub
BAYRAQDAR MEDİA – Təbrizli gənc şair Əli Çağlanın Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda “Katarina” adlı şeirlər kitabının təqdimatı və imza günü keçirilib .
Bu barədə BAYRAQDAR MEDİA-ya Dünya Gənc Türk Yazarlar Birliyindən məlumat verilib.

Məlumatda deyilir: “Təqdimatda Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Xalq şairi Sabir Rüstəmxanlı, AYB-nin Beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi Səlim Babullaoğlu, şair Həmid Herisçi, filologiya elmləri doktoru Pərvanə Məmmədli, filologiya elmləri doktoru Esmira Fuad, AYB-nin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Əsəd Cahangir, Azərbaycan Ədəbiyyat Fondunun baş direktoru Varis Yolçuyev, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar, filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılova, iqtisad elmləri doktoru, şair Rəsmiyyə Sabir, gənc yazar İlahə Səfərzadə və İranlı mühacirlər cəmiyyətinin nümayəndələri güneyşünas, milli fəal Yədulla Kənani, jurnalist Güləddin İsmayılov başqaları çıxış edib”.

Məlumata görə, Xalq şairi, AYB-nin Güney Azərbaycan ədəbiyyatı komissiyasının sədri Sabir Rüstəmxanlının moderatorluğu ilə reallaşan tədbirdə Əli Çağlanın şeirləri təhlil olunub, onun Güney Azərbaycan və Quzey Azərbaycan arasında ədəbi əlaqələrdəki önəmli fəaliyyətindən bəhs ediblər”.

Məlumatda qeyd edilib ki, Əli Çağlanın sözü gedən həmin kitabı Bakı şəhərində “Yarasa” nəşriyyatı tərəfindən, daha sonra isə Türkiyənin Ankara şəhərində “Efsun” nəşriyyatında çap olunub.









