BAYRAQDAR MEDİA – Terrorla Mübarizə Şöbə Müdirliyi tərəfindən həyata keçirilən Maarifləndirmə və Qarşısının Alınması Fəaliyyətləri (BÖF) çərçivəsində hazırlanan “Gənclik və Təhlükəsiz Gələcək” layihəsi əsasında İğdır Universitetində təhsil alan tələbələr üçün maarifləndirici seminar təşkil olunub.
Bu barədə universitetin məlumatında qeyd edilib.
Məlumata görə, tədbirdə İğdır Universitetinin Səhiyyə Elmləri Fakültəsi, Turizm Fakültəsi və Səhiyyə Xidmətləri Peşə Yüksək Məktəbinin tələbələri iştirak ediblər: “Seminar zamanı “Terrorun kölgəsində radikallaşma: terror təşkilatlarının üzv cəlbetmə üsulları və effektiv qabaqlayıcı tədbirlər” mövzusu ətrafında çıxışlar edilib, terror təşkilatlarının gəncləri hədəf alan təbliğat və yönləndirmə mexanizmləri izah olunub. Tədbirin əsas məqsədi tələbələrin düzgün məlumatlandırılması, qanunsuz strukturlar tərəfindən yanlış yönləndirilmənin qarşısının alınması və cəmiyyətdə maarifləndirmə səviyyəsinin artırılması olub”.





