Press "Enter" to skip to content

Prezident İlham Əliyevin çıxışı özündə bir çox mətləbləri ehtiva edir

Elməddin Behbud

Elməddin Behbud: Əgər dövlətimizin birinci şəxsi 30 illik işğalın səbəbləri barədə dəfələrlə və detallar üzrə danışmağa ehtiyac duyursa deməli, Azərbaycan cəmiyyətinin yaddaşını diri saxlamaq üçün bütün institutlar ideoloji sayıqlığı əldən verməməlidir

BAYRAQDAR MEDİA – “Prezident İlham Əliyevin Ağdamda forması müxtəlif dövrlərdə deformasiyaya uğrasa da məqsədi və ambissiyaları dəyişilməyən imperiyanı yerdən-yerə vuran çıxışı özündə bir çox mətləbləri ehtiva edir. Əgər dövlətimizin birinci şəxsi 30 illik işğalın səbəbləri barədə dəfələrlə və detallar üzrə danışmağa ehtiyac duyursa deməli, Azərbaycan cəmiyyətinin yaddaşını diri saxlamaq üçün bütün institutlar ideoloji sayıqlığı əldən verməməlidir”.

Bunu “Demokratik Azərbaycan Naminə” gənclərin İctimai Birliyinin (DANİB) sədri Elməddin Behbud deyib.

O, qeyd edib ki, imperiyanın təzyiq və şantajları dayanmasa da, sevindiricidir ki, keçmişdə işğalda olan ölkələrin hamısında milli oyanış prosesi yüksələn xətt üzrə davam edir: “Almatadakı Çimbulaq qış turizm mərkəzi Orta Asiyanın ən məşhur və ən böyük xizək mərkəzlərindəndir. Yəqin ki, bir çoxunuz burda olmusunuz. Bugünlərdə Çimbulaqdakı “Gusto” adlı kafenin rus əməkdaşı müştəri ilə mübahisə edib və ona “Mən SSRİ-də doğulmuşam, mənə qazax dili lazım deyil” deyib. Müştəri isə müstəqil Qazaxıstan Respublikasının ərazisində yaşayan və işləyən şəxslərin qazax dilinə hörmətlə yanaşmasının vacibliyini vurğulayıb və mübahisəni videoya çəkərək sosial şəbəkədə paylaşıb. Video sürətlə yayılaraq dövlət dilinə qarşı kobud etinasızlıq hallarına qarşı etiraza çevrilib. Etirazçıların bir qismi kafenin qarşısında aksiya keçirdikdən sonra qazax dilinə hörmətsizlik edən şəxs üzr istəməyə məcbur olub”.

E.Behbud bildirib ki, Qazaxıstanda rus dilindən istifadə hələ də geniş yayılsa da qazax dilininin hakim mövqeyinin təmin olunması istiqamətində ardıcıl addımlar atılır: “Milli kimlik şüuru inkişaf edən qazax xalqı ona kölə kimi yanaşan müstəmləkəçi düşüncəyə qarşı mövqelərini açıq və kəskin şəkildə ifadə edirlər”.

Mission News Theme by Compete Themes.