Press "Enter" to skip to content

Milli komandanın baş məşqçisi ilə əməkdaşlıq yekunlaşıb

Milli komandanın baş məşqçisi ilə əməkdaşlıq yekunlaşıb

BAYRAQDAR MEDİA – Yunan-Roma güləşi üzrə milli komandanın baş məşqçisi Aleksandr Tarakanovla əməkdaşlıq qarşılıqlı razılaşma əsasında başa çatıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Güləş Federasiyasından (AGF) daxil olub.

Xəbərdə bildirilir ki, “AGF rusiyalı mütəxəssisə Azərbaycan güləşinə verdiyi töhfəyə görə təşəkkürünü bildirir və ona gələcək fəaliyyətində uğurlar arzulayır. Qeyd edək ki, 2019-cu ilin oktyabr ayından baş məşqçi vəzifəsində çalışan A.Tarakanovun rəhbərliyi altında milli komanda 2 dəfə Avropa və 2 dəfə dünya çempionu olmaqla yanaşı, Tokio-2020 və Paris-2024 Olimpiya Oyunlarında 1 bürünc medal qazanıb”.

Mission News Theme by Compete Themes.